AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aprıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Leyla Həsənzadənin “Alman bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsində poetika və milli kolorit problemləri” kitabı nəşr olunub.
Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilib.
Məqalələr toplusunun redaktoru və “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, dosent Lyudmila Səmədovadır. Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Cavidə Məmmədova və Xanım Zairovadır.
152 səhifədən ibarət monoqrafiya Giriş, üç fəsil nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. “Bədii tərcümə və alman-Azərbaycan ədəbi əlaqələrinin inkişaf mərhələləri”, “Alman ədəbiyyatının Azərbaycan dilinə tərcümələrində milli kolorit”, “Alman bədii nəsri Azərbaycan dilində” başlıqlı fəsillərin hər biri bir neçə yarımfəslə bolünür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.