Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

02.06.2026 10:20
  • A-
  • A
  • A+

Filosof alim Xatirə Quliyevanın “Azərbaycan modernizmi fəlsəfi-etika, identiklik məsələləri” monoqrafiyası Azərbaycanda və 6 ölkədə çapdan çıxıb

Filosof alim Xatirə Quliyevanın “Azərbaycan modernizmi fəlsəfi-etika, identiklik məsələləri” monoqrafiyası Azərbaycanda və 6 ölkədə çapdan çıxıb

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva elmi fəaliyyəti ilə müasir Azərbaycan fəlsəfi düşüncəsinin aktual istiqamətlərinə mühüm töhfələr verən, ölkəmizdə 11, xaricdə  7 ölkədə çap olunmuş 2 monoqrafiyanın, 200-dən çox məqalənin müəllifi kimi tanınır.

O, Beynəlxalq konfrans təşkilatlarının, eləcə də ABŞ, Türkiyə, İngiltərə beynəlxalq jurnallarının üzvüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Xatirə Quliyeva AMEA-nın 80 illiyi münasibətilə Azərbaycan elminə xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 

Bu yaxınlarda fəsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan modernizmi fəlsəfi-etika, identiklik məsələləri” monoqrafiyası Azərbaycanda və 6 ölkədə çapdan çıxmışdır.

Qeyd edək ki, alimin monoqrafiyaları başda Azərbaycan xalqının dahi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin siyasi irsi olmaqla müasir Azərbaycan fəlsəfi fikrinin tarixi və müasir aktual problemlərini,- identiklik və multikulturalizm kontekstində milli ideya məsələlərini, habelə, süni intellekt sahəsində yeni və əhəmiyyətli mövzuları əhatə etməklə yanaşı, dünya elmi-fəlsəfi düşüncəsinə inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, Xatirə Quliyeva “Heydər Əliyev və mənəvi-estetik dəyərlər”, “Heydər Əliyev Siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat”, “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyalarının müəllifidir və bu əsərlər dünya elm tədqiqatları qiymətləndirici qurumu VİFA tərəfindən Amerika Birləşmiş Ştatlarının Konqres kitabxanasına, ABŞ Priston Universiteti kitabxanası və dünyanın bir sıra məşhur kitabxalarına yerləşdirilmişdir.

Alimin “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” adlı monoqrafiyası bütün dünyada Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışlarına həsr olunmuş ilk sistemli elmi əsərdir və ölkəmizdə və 7 ölkədə çap olunmuşdur.

Xatirə Quliyeva, həmçinin “Azərbaycanda maarifçi estetika”, “Azərbaycan Maarifçiliyində fəlsəfi-etik məsələlər (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)” və başqa monoqrafiyaların müəllifidir.

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın Azərbaycanda və 6 ölkədə yeni çapdan çıxmış “Azərbaycan modernizmi fəlsəfi-etika, identiklik məsələləri” monoqrafiyası Azərbaycan elmi qarşısında dayanan müasir tələblər baxımından və milli elmi təfəkkürümüzün dünyaya inteqasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: