Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2026 15:30
  • A-
  • A
  • A+

AMEA-da növbəti qanvermə aksiyası keçirilib

AMEA-da növbəti qanvermə aksiyası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, AMEA Azad Həmkarlar İttifaqının və Səhiyyə Nazirliyi Respublika Qan Bankının, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə növbəti qanvermə aksiyası həyata keçirilib.

Aksiyaya AMEA əməkdaşları, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının əməkdaşları qoşularaq bu nəcib təşəbbüsdə yaxından iştirak ediblər.

"Hər damla qan bir uşaq üçün ümid, bir ana üçün sevinc, bir ailə üçün xilas deməkdir" şüarı ilə keçirilən aksiyanın əsas məqsədi talassemiyalı və qana ehtiyacı olan digər vətəndaşlarımıza dəstək olmaq, respublikamızda könüllü donorluq hərəkatına töhfə verməkdir.

AMEA əməkdaşları bu nəcib təşəbbüsə növbəti dəfə qoşularaq sağlam cəmiyyət naminə həmrəyliyimizə dəstək olduqlarını nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: