Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2026 17:32
  • A-
  • A
  • A+

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun “Davamlı inkişaf siyasəti” adlı dərsliyinin təqdimatı keçirilib.

təqdimat mərasimində akademik Urxan Ələkbərov müəllifi olduğu dərslik barədə məlumat verib.

Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi Dmitro Şlapaçenko çıxışında təhsilin davamlı inkişaf üçün zəruri bilik və bacarıqların formalaşdırılmasında mühüm rol oynadığını bildirib. O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün müxtəlif tərəflər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli dərsliyin davamlı inkişafın müxtəlif elmi və tarixi aspektlərini əhatə etdiyini qeyd edib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov davamlı inkişafın iqtisadi, sosial və ekoloji amillərin qarşılıqlı əlaqəsi əsasında formalaşdığını bildirib. O, insan kapitalı, ekoloji təhlükəsizlik, resurslardan səmərəli istifadə və inklüziv inkişafın bu prosesdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova davamlı inkişafın yalnız dövlət siyasəti səviyyəsində deyil, cəmiyyətin hər bir üzvünün həyatında özünü göstərməli olan proses olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə elmi araşdırmaların aktual problemlərin həllinə yönəldilməsinin vacibliyini qeyd edib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov davamlı inkişafın əsas prinsiplərindən birinin bugünkü inkişaf və rifahın gələcək nəsillərin imkanlarını məhdudlaşdırmaması olduğunu bildirib.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına sistemli şəkildə töhfə verdiyini qeyd edib və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Sonra iştirakçılar dərsliyin məzmunu və əsas istiqamətləri ilə tanış olub, davamlı inkişaf siyasətinin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə dövlət və elm xadimləri, dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

AzərTac

  • Paylaş: