Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2026 11:16
  • A-
  • A
  • A+

“Azərbaycan tarixinin tədqiqində yeni metodoloji yanaşmalar və rəqəmsal texnologiyalar” mövzusunda elmi seminar

“Azərbaycan tarixinin tədqiqində yeni metodoloji yanaşmalar və rəqəmsal texnologiyalar” mövzusunda elmi seminar

AMEA Tarix və Etnologiya İnstitutunda “Azərbaycan tarixinin tədqiqində yeni metodoloji yanaşmalar və rəqəmsal texnologiyalar” mövzusunda elmi seminar keçirilib.

Tədbir zamanı tarix elminin müasir tədqiqat üsulları, süni intellekt alətlərinin inteqrasiyası və rəqəmsal arxiv bazalarının genişləndirilməsi süni intellekt alətlərinin və elektron platformaların elmi araşdırmalara inteqrasiyası və qarşıda duran vəzifələr müzakirə olunub.

Seminarı giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev rəqəmsal dövrün çağırışlarına uyğun olaraq tarix elmində innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. Direktor müavini öz çıxışında müasir dünyada informasiya texnologiyalarının sürətli inkişafının humanitar elmlərdən, xüsusilə də tarix elmindən yan keçmədiyini vurğulayıb.

Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Vaqif Abışov “Müasir Azərbaycan tarixinin mənbəşünaslığı: yeni metodoloji istiqamətlər” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri bildirib ki, Azərbaycan tarixinin öyrənilməsində metodoloji perspektivlər dedikdə tarix elminin yeni tədqiqat üsulları və istiqamətləri, müasir elmi və texnoloji yanaşmaların tətbiqi, obyektivlik, rəqəmsallıq və qlobal baxışın təmin edilməsi başa düşülür. Bu, həm də Azərbaycan tarixşünaslığının dünya elmi sisteminə inteqrasiyası deməkdir. Natiq qeyd edib ki, müasir dövrdə tarix elmində obyektivlik, rəqəmsallıq və qlobal baxışın təmin edilməsi Azərbaycan tarixşünaslığının dünya elmi sisteminə inteqrasiyası baxımından mühüm şərtdir. Şöbə müdiri bildirib ki, Azərbaycan tarixşünaslığında və mənbəşünaslığında yaxın gələcəkdə metodoloji baxımdan rəqəmsal arxiv bazalarının genişlənməsi, qlobal tarix konsepsiyasının – Azərbaycanın dünya proseslərinin tərkib hissəsi kimi öyrənilməsinin inkişaf etdirilməsi, gender və mədəni tarix tədqiqatlarının artması, tarix tədrisində interaktiv metodların tətbiq edilməsi, elmi tədqiqatlarda süni intellekt və böyük verilənlərdən (Big Data) istifadənin əsas vasitələrdən birinə çevrilməsi mümkün olacaq.

Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Əliyeva “Şimali Azərbaycanın XIX əsr dini tarixinin tədqiqində yeni metodoloji yanaşmalar” mövzusunda məruzəsini təqdim edib. O, konkret arxiv sənədləri və tədqiqat nümunələri əsasında elektron elmi platformaların və süni intellekt alətlərinin tarixçilər üçün yaratdığı geniş imkanlardan və mövcud məhdudiyyətlərdən danışıb.

Çıxışda müasir rəqəmsal texnologiyaların, süni intellekt alətlərinin və elektron elmi platformaların tarixi tədqiqatlarda tətbiqi imkanlarından bəhs olunub. Konkret arxiv sənədləri və tədqiqat nümunələri əsasında yeni texnologiyaların tarixçi üçün yaratdığı imkanlar və mövcud məhdudiyyətlər diqqətə çatdırılıb.

Seminarda Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin elmi işçisi Bahar Qasımlının “Heydər Əliyev irsinin tədqiqi rəqəmsal texnologiyalar kontekstində” mövzusunda məruzəsi dinlənilib. Məruzədə tarixin müasir rəqəmsal idarəetmə sistemləri və elektron resurslar vasitəsilə araşdırılmasının üstünlükləri diqqətə çatdırılıb.

Tədbirdə rəqəmsal dövrün elmi araşdırmalara gətirdiyi yeniliklər, multidissiplinar yanaşmalar, süni intellekt alətlərinin inteqrasiyası və milli tarixşünaslığın beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri ətraflı şəkildə nəzərdən keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: