Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

2026-cı ilin Nobel mükafatı laureatları
04.11.2026 10:35
  • A-
  • A
  • A+

2026-cı ilin Nobel mükafatı laureatları

Dünya elminin prioritetləri

Alfred Nobelin 27 noyabr 1895-ci il  tarixli  vəsiyyətinə görə o, dövlətinin 94%-ni (31 million İsveç kronunu) cəmiyyətə ən çox fayda verənləri təltif etməyi vəsiyyət etmişdir. Bu gün bu məbləğ təqribən 198 million dollara yaxındır.

Nobel mükafatına namizədlər İsveç və Norveç Akademiyaları, Nobel komitələri,  Nobel mükafatçıları  və  Akademiyanın məsləhət bildiyi alimlər tərəfindən irəli sürülür. Hər il Nobel fondu aparıcı alimlərə sorğular göndərir və təqribən bir neçə min  alim, onların kəşfləri  haqqında məlumat toplanır və filtrdən keçirilir (namizədlər sağ  olmalıdır, onların müəllifliyi heç bişübhə doğurmamalıdır, bəzi aşkarlanmayan  daxili prinsiplər də var), onlardan bir neçə yüzü nominant  kimi seçilir, 5-6 əsas  namizəddən - finalistdən isə ən çoxü 3-ü Nobel mükafatına layiq bilinir (bütün materiallar 50 il ərzində məxfi saxlanılır).

Nobel mükafatı laureatları 5-12 oktyabr 2026-cı ildə elan edilib. Nobel mükafatçılarından əvvəl bir neçə mükafatların ən şanslı “laureatlar”ının da siyahısı çap olunur.

Nobel həftəsinə az qalmış Nobelə alternativ sayılan Breakthrough prize (yarıbkeçmə, nailiyyət, yəni bir neçə nüfuzlu mükafatların alınması Nobel almaq şansını artırır). Onu “elmi Oskar” da adlandırırlar. Əsas nominasiyalar: həyat elmləri, fundamental fizika və riyaziyyat.

Əsas Mükafatlar Həyat Elmləri (Life Sciences):

Jean Bennett, Katherine A. High və Albert Maguire — İrsiləşən torlu qişa degenerasiyası üçün gen terapiyasının inkişaf etdirilməsinə görə (genetik xəstəlik üzrə ilk FDA təsdiqli gen terapiyası).

Stuart H. Orkin və Swee Lay Thein — Döl (fetal) hemoglobinindən yetkin hemoglobinə keçidi idarə edən mexanizmin açılmasına və bunun ora-hüceyrə Anemiya (sickle-cell) ilə beta-talassemiya üçün müalicə hədəfi kimi təsdiqlənməsinə görə.

Rosa Rademakers və Bryan Traynor — ALS (amiotrofik lateral skleroz) və frontotemporal demensiyanın əsas genetik səbəbinin kəşfinə görə.

Fundamental Fizika (Fundamental Physics):     CERN, Brookhaven Milli Laboratoriyası və Fermilab-dakı Muon g-2 Kolaborasiyaları — Myuonun anomomal maqnit momentinin yüksək dəqiqliklə ölçülməsinə görə.

Xüsusi Fundamental Fizika Mükafatı (Special Breakthrough Prize):  David J. Gross — Güclü nüvə qüvvəsindən simlər nəzəriyyəsinə qədər nəzəri fizikaya verdiyi ömürlük töhfələrə görə.

Riyaziyyat (Mathematics):Frank Merle—Qeyri-xətti təkamül tənliklərindəki sıçrayışların kəşfinə görə.

Erkən Karyera Mükafatları

Yeni Üfüqlər Fizika Mükafatı (New Horizons in Physics):   Benjamin R. Safdi, Clay Córdova, Thomas Dumitrescu, Shu-Heng Shao, Yifan Wang, Dillon Brout, J. Colin Hill, Mathew Madhavacheril, Maria Vincenzi, Daniel Scolnic və W. L. Kimmy Wu.

Yeni Üfüqlər Riyaziyyat Mükafatı (New Horizons in Mathematics):   Otis Chodosh, Hong Wang, Vesselin Dimitrov və Yunqing Tang.

Maryam Mirzəxani Yeni Sərhədlər Mükafatı (Maryam Mirzakhani New Frontiers):  Amanda Hirschi, Anna Skorobogatova və Mingjia Zhang.

Vera Rubin Yeni Sərhədlər Mükafatı (Vera Rubin New Frontiers): Səpələnmə amplitudlarının geostrukturlarına verdiyi töhfələrə görə      Carolina Figueiredo.

Fiziologiya və ya tibb üzrə

Nobel mükafatına ABŞ alimi Karl Daysserot və alman alimləri Peter Hageman və Georg Hagel işıqla tənzimlənən ion kanalları və optogenetika sahəsində  kəşflərə görə görə layiq görülüblər.

Nobel mükafatı laureatlara müəyyən əsəb hüceyrələrinin aktivliyini işıq vasitəsilə idarə etməyin mümkünlüyü haqqında kəşflərə görə verilib. Təklif olunan metod konkret olaraq hansı əsəb hüceyrələrinin yaddaşı, emosiyaları, davranışı formalaşdırması haqqında dəqiq məlumat almağa imkan verir.

2026-cı il Nobel mükafatının tarixi mikroskopik yaşıl yosunlardan başlayib. 2000-ci illərdə Peter Hageman və Georg Hagel göstərmişlər ki, yosunların xüsusi zülalları olan kanal rodopsinlər işığın təsirindən ion kanallarını açmaq qabiliyyətinə malikdirlər. Nəticədə hüceyrəyə yüklü hissəciklər daxil olur və elektrik siqnalı yaranır. Ən maraqlısı o idi ki, belə zülalın genini tamamilə başqa hüceyrəyə daxil etməklə onu da işığa həssas etmək olar.

Karl Daysserot bu xassədən istifadə edib kanal rodopsinin genini  gəmiricilərın əsəb hüceyrələrinə daxil etdi və göstərdi ki, göy işıq onlarda elektrik impulsunun yaranmasına səbəb olur (2005). Beləliklə təkhüceyrəli yosunun işığa tərəf yerdəyişməsinin fundamental tədqiqi beynin ayrı-ayrı əsəb hüceyrələrinin idarə edilmə texnologiyasının yaradılması üçün əsas oldu. Bu beyin  xəstəliklərinin və hissiyat orqanlarının müalicəsində yeni imkanlar açır.

Praktiki perspektivlər. Optogenetik terapiyanın ideyası görmə orqanlarında hələ funksiyasını saxlayan hüceyrələrə yeni işığa həssas zülal daxil etməklə torlu qişaya  işığa qarşı həssaslığı qismən də olsa qaytarmağın mümkün olmasıdır.

Fizika üzrə

Frensiz Xalsen hələ 1988-ci ildə uzaq Kainatdakı yüksək energetik proseslərdə yaranan astrofizik neytrinonu  aşkara çıxarmaq üçün Cənub qütbündəki buzlaqdan istifadə etməyi təklif etmişdir. Antarktidada “Amundsen Skott” stansiyasının altında yerləşən yüksək təmişlik dərəgəsinə malik, şəffaf, əlavə təsirlərdən azad olan 1 kv.km həçmində buzun 2,5 km dərinliyində çox həssas fotoelement qoyulmuş, qazılan 86 quyudan isə detekrorlar daxil edilmişdir. İceCube adlandırılan bu neytrino observatoriyası  kütləsi sıfıra yaxın, elektrik yükü olmayan trillionlarla neytrinonun Kainatı dəyişmədən keçib çox-çox nadir halda büz və ya su atomu ilə toqquşaraq mavi qığılcım verməsini qeyd edir.

2013-cü ildə ilk dəfə astrofizika mənşəli yüksək energetik neytrinonun mövcudluğu haqqında ciddi sübutlar əldə edildi. 2017-ci ildə neytrino hadisələri ilə əlaqədar müşahidə edilən ifrat ağır qara dəliklərə yaxın olan qalaktikaların (məsələn, NGC 1068 qalaktikasının aktiv nüvəsi, TXS 0506+056 blazarı)) sıxlığı yüksək olan sahələrində kosmik şuaların sürətlənməsi və neytrinonun yaranmasının mümkünlüyünü güman edən yeni faktlar üzə çıxdı.  (Günəşin nəzəri modeli, Kainatin ənginliklərindən gələn neytrinonun mənşəyi və s.).

Hesab edilir ki, İceCube observatoriyasının sayəsində  neytrino astronomiyası elmdə yani istiqamətdir, Kainatda elementar hissəciklərin güçlü və təbii sürətləndiricilərinin tədqiqi sahəsində yeni instrumentdir. Bu bir növ yeni “hissiyat orqanına” bənzəyir. Çünki neytrino kanalı  bizə tamamilə unikal informasıya verir. Lakin yüksək energetik neytrinonun astrofizik mənşəyi və yaranma mexanizmləri haqqında tədqiqatçıların qarşısında duran açıq suallar və problemlər hələ çoxdur.    (2023-cü ildə böyük adron kollayderində 153 neytrinonun materiya ilə toqquşması qeydə alınmışdır).

Kimya  üzrə

Kimya sahəsində ən çox Nobel mükafatına layiq görülən fənn üzvi kimyadır. Təkcə asimmetrik üzvi sintez sahəsində olan işlər 3 dəfə (2001, 2021 və 2026) Nobel mükafatına layiq görülüb. Tərkibində asimmetrık karbon atomu olan üzvi birləşmələr bir-birinin güzgü əksi olan 2 izomer – enantiomerlər şəklində mövcud olur. Lakin canlı orqanizmlərdə o izomerlərdən yalnız biri olur, yəni homoxiral formada olur (L-aminturşular və D-şəkərlər, zülallar və nuklein turşuları, spiral quruluşun və reaksiya üçün “cibcik”lərin yaranması).

Canlı hüceyrələrdə yalnız bir enatiomerin sintezi (yəni homoxiral sintez) milyard illərlə çəkən təkamül nəticəsində formalaşıb. Lakin əlində kolba olan kimyaçı üçün bu böyük çətinlik yaradır (enantiomerlərin fiziki xassələri eyni olduğundan onlarə ayirmaq olmur, onların yalnız optiki aktivlikləri  fərqlənir).  Farmakologiyada bu məsələ böyük problemlər yaradır və hətta ölüm və ya həyat önəminə gətirib çıxarır (1950-60-cı illərdə hamiləliyin ilk vaxtlarında istifadə olunan Talodimit adlı dərman rasemat şəklində istehsal edildiyindən körpələrin inkişafında anormallıq yaradırdı). Məsələn, C vitamini (bir enantiomer) və askorbin turşusu (rasemat).

Homoxiral reaksiyanı aparmaq üçün 3 şərt tələb olunur (Çarlz Frank, 1953):  Avtokataliz, enantioselektiv katalizator və enantiomerlərdən birinin ingibə olunması (yəni əmələ gəlməsinin tormozlanması).

Avtokataliz hadisəsi kimyaçılara çoxdan məlum idi. Klassik misal sirkə turşusunun etilasetatın  hidrolizini (etanola və sirkə turşusuna) sürətləndirməsi. Turşunu miqdarı artdıqca reaksiya da sürətlənir və sirkə turşusunun miqdarı artır.

Enantioselektiv kataliz sahəsində Uilyam Nouls (2001-ci il Nobel mükafatçısı) keçid metalı və xiral liqand əsasında aldığı katalizatordan istifadə etməklə hidrogenləşmə reaksiyasını sənaye miqyasınsda tətbiq edib Parkinson xəstəliyinə qarşı dərman (L-DOFA)  istahsal etmişdir.

Anri Kaqanın və Kenso Soainin kəşfləri dərman dərman maddələrinin sintezi sahəsində işləyən kimyaçılar üçün həlledici rol oynadı. Nobel Komitəsinin fikrinə görə bu alimlər canlıların kimyəvi asimmetriyası necə yaranıb sualına cavab verə bilmiş, artıq movcud olan molekul asimmetriyasını sürətləndirməyin yolunu göstərmişlər.

Asimmetrik sintezdə qeyri-xətti  effektlər  2 cür olur: müsbət qeyri-xətti effekt (məhsulda enantiomerin qatılığı katalizatordakına nisbətən çox olur) və mənfi qeyri-xətti  effekt (məhsulda enatiomerin qatılığı katalizatorda olduğunda az olur). Anri Kaqan əsas effekti göstərdi – bir enantiomer digərinin əmələ gəlməsini tormozlaya bilir və nəticədə xiral təmizlik dərəcəsi yüksəlir.

Ədəbiyyat   üzrə

Nobel mükafatına Kanada yazıçısı, şairəsi, ellinisti, esseisti, tərcüməçi və pedaqoq Enn Karson “klassik ənələrlə oyun dialoqunda müasir ədəbiyyatın yeni formasının yaradılmasında cəsarətli və novator yaradıcılığına”  görə layiq görülüb. Nobel mükafatına Kanada yazıçısı, şairəsi, ellinisti, esseisti, tərcüməçi və pedaqoq Enn Karson “klassik ənələrlə oyun dialoqunda müasir ədəbiyyatın yeni formasının yaradılmasında cəsarətli və novator yaradıcılığına”  görə  layiq görülüb.

Enn Karson son illərin ingilis dilli poeziyasının ən parlaq nümayəndələrindın sayılmaqla T.Eliot, Allen Qinzberq və Frenk O’Xara kimi ədəbiyyat nəhənglərinin poetik ənələrini inkişaf etdirməklə müasir dövrün böyük şairləri sırasında yer almışdır.

Enn Karson 20-dən çox kitabında antik dövrün mətnlərinin müasirıik haqqında danışmağa necə kömək etdiyini əyani göstərmiş, qədim yunan ədəbiyyatında fəlsəfəyə həsr olunmuş Safonun, Lonqun, Heliodorun, Esxilin, Platonun qalın toz qatı altında dəfn olunmuş sətirlərini canlandırmışdır. Onun kitabları alman,francız, italyan, ispan, katalon və s. dillərə, iki kitabı isə rus dilinə də tərcümə olunmuşdur. “Автобиография красного” şeir-romanı qədim yunan əsatirlərinin  sərbəst interpretrasiyasına və yaşa dolmanın müasir tarixinə həsr oilumuşdur.   “Горко-сладкий эрос” fəlsəfi-lirik essesi bütün dövrlərin 100 ən yaxşı populyar kitablarından biri olub, məhəbbətə, lirikaya, erotikaya, qədim yunan ədəbiyyatında fəlsəfi  fikirlərə həsr olunub.

Digər kitabları: “If not, Winter: Fraqments of Sappho” (2003);  “The Beauty of the Husband: A Fictional Essey in 29 Tangos” (2002); “Norma Jtane Baker of Troy” (2019) və digərləri.

Sülh üzrə

Nobel  mükafatına 287 namizəd arasından hind əsilli Cənubi Africa     Respublikasının vətəndaşı,  hüquqşunas Navanetxen (“Navi”) Pilley sülh və beynəlxalq hüququn qorunması sahəsində fəaliyyətinə görə layiq görülüb.

Navi Pilley Ruanda üzrə Beynəlxalq cinayət tribunalının sədri, 2003-2008-ci illərdə  Beynəlxalq cinayət məhkəməsinin üzvü, 2008-2014-cü illərdə isə BMT-nin insan hüquqları üzrə ali komissarı olmuşdur.

İqtisadiyyat üzrə

Robert Holl və Maykl Vüdvortun işlədikləri yeni makroiqtisadi modellər xeyli dərəcədə davamlılıq siyasətini səmərəli aparmaq üçün zəmin yaradır. Bu modellərin əsasında aparılan fiskal və monetar siyasət iqtisadi yüksəlişləıri və  böhranları xeyli yumşaltmağa imkan verir.

1970-ci illərdə baş verən neft böhranlarından sonra  keynsian (məşhur iqtisadçı Con Keynsin şərəfinə verilən addır) tədbirləri – büdcənin defisitinin artırılması, vəziyyəti yaxşılaşdıra bilmirdi: işsizlik azalmırdı, inflyasiya nəzarətdən çıxırdı, ona görə çoxları bu siyasəti ziyanlı hesab edirdi.

R.Xoll və M.Vudvord inflyasiya, istehsal və istehlak kimi makroiqtisadi göstəricilərin statistik qarşılıqlı əlaqəsinə əsaslanan modellərdən imtina edərək mikroiqtisadi yanaşmalardan istifadə etməklə ayrı-ayrı təsərrüfatların və şirkətlərin iqtisadiyyata təsirini əsaslandırdılar. Nəzərə alaraq ki, ayrı-ayrı təsərrüfatların və şirkətlərin fəaliyyəti iqtisadiyyatı formalaşdırır, mikroiqtisadiyyat əsasında yaradılan modellər ciddi nəzəri fundament yaratmaqla indi bütün dünyada mərkəzi banklar və dövlətlər tərəfindən istifadə olunur. Bu tədqiqatlar sayəsində  iqtisadi sarsıntılara daha yaxşı hazırlaşmaq imkanı əldə edilmişdir.

Müsəlman ölkələrinin Nobel mükafatçıları

Müsəlmanlar Dünya əhalisinin 22-25 %-ni təşkil edir. İndiyə qədər 1030 Nobel mükafatçısı olub ki, onlardan cəmi 15-16 nəfəri (1,5%) müsəlmanlardır.

Kimya (3) – Əhməd Zevayl (Misir, 1999)  Əziz Sancar (Türkiyə, 2015) və Ömər Yaqi (İordaniya, 2025). (2023-cü ilin Nobel mükafatçısı Mungi Bavendi Tunis əsillidir, Fransada anadan olub, ABŞ-da təhsil alıb ).

Ədəbiyyat (3) – Naqib Məxfuz (Misir, 1988), Orxan Pamuk (Türkiyə, 2006) və Abdulrazak Qunda (Zənzibar, 2021),

Fizika (1) – Əbdus Salam (Pakistan, 1979),

İqtisadiyyat (1) – erməni əsilli Türkiyə vətəndaşı Daron Acemoğlu (2024),

Sülh uğrunda (8) – Fələstin, Misir,  İrak, Yəmən, Pakistan, Banqladeş, İran-2.

Bəzi problemlər və çətinliklər

Dünyanın çox  məşhur alimləri olub ki, onlar Nobel mükafatını ala bilməyiblər (Zommerfeld, Mendeleyev, Nabokov, Murakami və s) .

Samuel Xattington “The West against the rest” kitabı. Dünya nizamında Qərb öz nümayəndələrinin daha effektli və nüfuzlu görünmələri üçün onları mükafat və təltiflərlə bəzəyir.

Kimya üzrə Nobel mükafatını yalnız 21 ölkənin nümayəndələri, əsasən ABŞ və Qərbi Avropa, almışlar (1945-ci ilə qədər ABŞ-dan cəmi 3 nəfər).

Ən çox Nobel mükafatı alan ölkələr (1901-2026):     ABŞ 405, Böyük Britaniya 137, Almaniya 111, Fransa 69, İsveç 33  və s. (cəmi 1030 laureat, onlardan 68-i qadındır).

Çətinliklər: 1. dil problemi (tərcümə olunan və ingilis dilində yazılan əsərlər), 2. dünya elmi ictimaiyyəti tərəfindən geniş tanınan və dəyərləndirilən əsərlərin olması, 3. elmi mühitin və elmin yüksək səviyyəsinin zəruriliyi.

Problem: ölkənin iqtisadi inkişaf modeli və elmi bazanın  yaradılması.

Müasir elmin  yaxın hədəfləri

1. Materialşunaslıq (materialların genomu).

2. Neft və qazın yeni çıxarılma metodları,

3. Bərpa olunan enerji,

4. Enerji saxlayıcıları (super akkumulyatorlar),

5. Robototexnika,

6. Bulud texnologiyaları,

7. Mobil  internet,

8. Əqli əməyin avtomatlaşdırılması (süni intellekt),

9. Qabaqcıl genomika,

10. Avtonom hərəkət vasitələri və s.

Çin elminin prioritetləri

Çin dövləti  2050-ci ilə kimi  cəmiyyətin gələcəyi üçün mühüm rol oynayacq 4 prioritet istiqaməti xüsusi qeyd edir:

-  materialların strukturuna nəzarət;

-  süni həyat və sintetik biologiya;

-  fotosintezin mexanizminin öyrənilməsi;

-  qaranlıq  materiya və qaranlıq enerjinin tədqiqi.

Kimya sahəsində dünya elminin əsas prioritetləri:

1.  kompyuter kimyası  (süni intellekt, molekulyar kompyuterlərin  yaradılması);

2.  gen mühəndisliyi  (canlı orqanizmlərə Si və Ge kimi elementlər  daxil etməklə  həyatın  yeni formalarının yaradılması;

3.  nano texnologiyalar (atomları ardıcıl birləşdirə bilməklə yeni  molekulların yaradılması, reaksiya gedişinin   vizuallaşdırılması,  zülal molekullarının bioloji fəallığını  onların formasını dəyişməklə  nizamlanması).

AMEA-nın 2026-2030-cu illərdə “İnkişaf  strategiyası və Yol xəritəsi”ndə kimya elminin prioritetləri

2.5.1. “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji  təchizatçısına çevrilmək  üzrə elmi tədqiqatlar  (hidrogen energetikası, biokütlənin emal ı),

2.5.2.  “Yaşıl” və sirkulyar texnologiyaların yaradılması,

2.5.3. Kimyanın ekoloji problemləri (ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi),

2.5.4.Təbii və alternativ xammalın kimyəvi emalı üçün ekoloji təhlükəsiz texnologiyalar,

2.5.5. Neft kimyası sənayesinin yan məhsullarının təkrar emalı

2.5.6. Təbii qazın emalı  üçün enerji qənaətli texnologiyaların yaradılması.

2.5.7.Yaşıl kimya prinsiplərindən istifadə etməklə müxtəlif təyinatlı funksional materialların və fizioloji fəal birləşmələrin alınması.

Dilqəm Tağıyev, AMEA-nın vitse prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: