Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

04.11.2026 11:16
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Rumıniyada “Web of Science” bazasında indeksləşdirilən jurnalda dərc olunub

Şərqşünas alimin məqaləsi Rumıniyada “Web of Science”  bazasında indeksləşdirilən jurnalda dərc olunub

AMEA-nın  akademik  Ziya Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin  aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Cənubi Azərbaycanın ədəbi mühiti  (1947–1978)” adlı  məqaləsi  Rumıniyanın “Web of Science”  bazasında indeksləşdirilən “Agathos: An International Review of the Humanities and Social Sciences ” jurnalında dərc olunub.

Məqalədə Azərbaycan dövlətinin iki hissəyə bölünməsi – şimal hissəsinin Rusiyanın, cənub hissəsinin isə İranın tərkibində qalması məsələləri nəzərdən keçirilir.  Tədqiqat işində  XX əsr Cənubi Azərbaycan ədəbiyyatında baş verən proseslər ətraflı şəkildə təhlil olunur. Məqalədə Cənubi Azərbaycan ədəbiyyatının elmi-nəzəri aspektləri araşdırılır; Cənubi Azərbaycan ədəbi mühitində fərdin ana dili və milli kökləri ilə bağlı azadlıqların ön plana çıxarılması məsələləri, həmçinin vətənpərvərlik mövzularının bu əsərlərdə əsas ideoloji xətti təşkil etməsi təhlil olunur. Tədqiqatda 1947–1978-ci illər Cənubi Azərbaycan ədəbi mühiti nəzərdən keçirilir və təhlil edilir. Tədqiqat işində İranda Azərbaycan dilində mətbuatın nəşrinə qoyulan qadağalar, ana dilindəki kitabların yandırılması, hətta cənublu soydaşlarımızın öz ana dillərində oxuması, yazması və danışmasının qadağan edilməsi kimi hallar, eləcə də bütün bu təzyiqlərə baxmayaraq, Cənubi Azərbaycan yazıçılarının böyük əzmkarlıqla yazıb-yaratdıqları məsələlər təhlil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: