Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kosmik hava tədqiqatlarına dair yeni elmi nəticələr və 30 illik Günəş aktivliyi kataloqu dərc edilib
25.11.2026 12:14
  • A-
  • A
  • A+

Kosmik hava tədqiqatlarına dair yeni elmi nəticələr və 30 illik Günəş aktivliyi kataloqu dərc edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Famil Mustafanın beynəlxalq alimlər qrupu ilə birgə apardığı tədqiqatın nəticələri nüfuzlu The Astrophysical Journal Supplement Series (ApJS, Q1, IF 7.7) jurnalında dərc edilib.

Tədqiqat çərçivəsində 1996–2025-ci illəri əhatə edən üç Günəş aktivliyi tsikli üzrə Günəş Tac Kütlə Atılmalarının (CME) sürət göstəriciləri əsasında hesablanan Maksimum CME Sürət İndeksi (MCMESI) təhlil edilib. Bu indeksdən istifadə etməklə Günəş aktivliyi ilə Yerin geomaqnit mühiti arasındakı əlaqələr araşdırılıb və MCMESI-nin kosmik havanın öyrənilməsində əhəmiyyətli göstərici olduğu müəyyən edilib. Həmçinin tədqiqatçılar üçün açıq istifadəyə nəzərdə tutulmuş, 30 illik gündəlik və aylıq məlumatları əhatə edən elektron kataloqlar hazırlanıb.

Tədqiqat Famil Mustafanın Amerika Birləşmiş Ştatlarında Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Goddard Kosmik Uçuşlar Mərkəzində apardığı elmi fəaliyyət çərçivəsində, NASA-nın və Türkiyənin Akdeniz Universitetinin alimləri ilə beynəlxalq elmi əməkdaşlıq əsasında həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: