Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.11.2026 10:12
  • A-
  • A
  • A+

Tədqiqatlarda süni intellektin tətbiqi” təliminin 5-ci modulu keçirilib

Tədqiqatlarda süni intellektin tətbiqi” təliminin 5-ci modulu keçirilib

AMEA Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin təşkilatçılığı, AMEA A.A.Bakıxanova adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin koordinatorluğu ilə “Tədqiqatlarda süni intellektin tətbiqi” təliminin beşinci modulu keçirilib.

Modul çərçivəsində AMEA Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin əməkdaşı Aygün Əliyeva humanitar elmlərdə akademik mətnin hazırlanması, süni intellektin redaktor kimi istifadəsi və historioqrafik icmalın beşkomponentli strukturu haqqında ətraflı təqdimatla çıxış edib.

Təlim zamanı Zotero, NotebookLM və Claude alətlərinin inteqrasiyası əsasında biblioqrafik mənbələrdən arqumentativ narrativin formalaşdırılmasına yönəlmiş 6 addımlı iş prosesi praktiki nümunələrlə nümayiş etdirilib.

Bununla yanaşı, süni intellekt detektorlarının iş prinsipləri, yanlış-müsbət nəticələrin (false positive) yaratdığı risklər və akademik dürüstlüyün qorunmasında metodoloji şəffaflığın əhəmiyyəti diqqətə çatdırılıb.

Təlim iştirakçıların suallarının cavablandırılması və real tədqiqat nümunələri ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: