Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər “3D” printerdə yeni material çap ediblər
23.06.2016 10:31
  • A-
  • A
  • A+

Alimlər “3D” printerdə yeni material çap ediblər

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri “Cillia” adlı yeni material yaradıblar. Yeni material “3D” printerlərdə keçirilmiş sınaqlar nəticəsində əldə edilib.

“Cillia” materialı görünüşcə xalçaların üzərindəki incə tükcükləri xatırladır, amma bu tükcüklər xüsusi plastikdən hazırlanıb və qalınlığı 50 mikronu ötmür. Belə parametrlər “Cillia” materialının müxtəlif sahələrdə tətbiqinə imkan verir.

Amerikalı alimlər “Cillia” materialını çap etmək üçün “l33t” adlı “3D” printerdən istifadə ediblər. Onun üçün yazılmış orijinal proqram təminatı istənilən sayda material çap etməyə və onun ən nazik detallarını sazlamağa imkan verir.

“Cillia” materialı bəzi özəlliklərə malikdir. Məsələn, vibrasiyaya qarşı çox həssasdır. Vibrasiyanı idarə etməklə “Cillia” materialını hərəkətverici materiala çevirmək olar: kiçik ölçü və çəkiyə malik istənilən obyekti tükcüklərin üzərinə qoymaq kifayətdir və o, təyin edilmiş istiqamətdə hərəkət edəcək. Bu, sözügedən material üçün istifadə variantlarından biridir. “Cillia”nın yaradıcıları materialın müxtəlif mühərrik və qurğularda tətbiqini proqnozlaşdırırlar.

Bundan başqa, sözügedən material səsli titrəyişlərə və toxunuşlara çox həssas reaksiya verir ki, bu da plastik tükcüklərin ənənəvi sensor səthlərin əvəzinə istifadəsinə imkan verəcək.

www.infox.ru/hi-tech

  • Paylaş: