Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, iyunun 21-i Bakı vaxtı ilə saat 02:34-dən ölkəmizə qədəm qoymuş yay fəsli sentyabrın 22-də saat 18:21-dən etibarən payiz fəsli ilə əvəzlənəcək. Həmin gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.
Gecələrin uzanması dekabrın 21-dək davam edəcək və həmin gün ən uzun gecə olacaq.
Bu il qışın Azərbaycana gəlişi dekabrın 21-i saat 14:44-də baş verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.