Sumqayıt şəhərində 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə AMEA Polimer Materialları İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri Sevil Maşayeva və Şura üzvləri iştirak ediblər.Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov bildiriblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və AR Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti hazırkı gənc nəslin qarşısında yeni üfüqlər açır. Qeyd edilib ki, gənclər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməklə bərabər, beynəlxalq miqyasda da uğurla təmsil olunurlar.Sonda Sumqayıt şəhərinin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclər müxtəlif nominasiyalar üzrə təltif ediliblər. Polimer Materialları İnstitutunun elmi işçisi Səidə Məmmədli də “2013-cü ilin – gənc alimi” adına layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.