Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Amerikalı fiziklər yeni tip məlumat daşıyıcısı yaradıblar
27.10.2016 14:56
  • A-
  • A
  • A+

Amerikalı fiziklər yeni tip məlumat daşıyıcısı yaradıblar

Amerikalı fiziklər yeni yığcam məlumat daşıyıcısı təqdim ediblər. Tədqiqat “Science Advances” jurnalında dərc edilib.

Fiziklər tərəfindən yaradılan üçölçülü almaz çipində yaddaşın saxlanılması üçün azotla əvəz edilmiş vakansiyalardan (karbon atomunun ləğvi və onun azot atomu ilə əvəz edilməsi zaman yaranan kristal qəfəs defekti) istifadə olunur.

“lenta.ru” saytı xəbər verir ki, bu, azotun atomlarının spinlərinin manipulyasiyası üçün geniş imkanlar  açır ki, bu da müəlliflər tərəfindən lazerin köməyi ilə informasiyanın yazılması üçün istifadə olunub.

“DVD” və “Blu-Ray” formatlı məlumat daşıyıcılarından fərqli olaraq, fiziklər yazılmış informasiyanın sıxlığı ilə bağlı məhdudiyyəti aradan qaldırmağa nail olublar.

Prototip qurğuya yazılan informasiyanın sıxlığı “Blu-Ray” ilə müqayisədə 100 min dəfə yüksək olub. Bundan başqa, müəlliflər bildiriblər ki, çipdəki informasiya qeyri-məhdud sayda yenidən yazıla bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: