“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2 – 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:
Azər Hacıqulu oğlu Həsrət – namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür;
Muxtar Kazım oğlu İmanov – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;
Həsən Şahhüseyn oğlu Cəfərov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür.
Oqtay Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 14 aprel 2017-ci il.