Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni daşınan qurğu stressi aradan qaldıracaq
19.06.2017 16:51
  • A-
  • A
  • A+

Yeni daşınan qurğu stressi aradan qaldıracaq

Britaniyanın “BioSelf Technology” şirkətinin bir qrup tədqiqatçısı tərəfindən “Sensate” adlı kiçik qurğu yaradıb. naked-science.ru saytı xəbər verir ki, istifadəçinin sinəsinə bərkidilən qacet stressə səbəb olan hallar zamanı titrəyişlər verərək aztezlikli səs dalğaları yaradır.

“Sensate” ürək yığılmaları tezliyi, nəfəs, qamət və bədən temperaturu kimi biometrik məlumatları izləmək üçün quraşdırılmış ötürücülərdən istifadə edir. Toplanmış məlumatlar simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfonuna ötürülür və proqramın köməyi ilə real vaxt rejimində təhlil edilir.

Qacet tərəfindən istifadəçinin stress keçirdiyi müəyyən edildiyində, proqram aztezlikli səs dalğalarını yaradaraq “Sensate” qurğusunun titrəşiminə səbəb olur. Vibrasiya sümük keçiriciliyi sayəsində istifadəçinin sinəsinə nüfuz edərək Vaqus sinirini stimullaşdırır və stressin azalmasına kömək edir.

 

  • Paylaş: