4 iyul 2017-ci il tarixində saat 22:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.
Veriliş Azərbaycanda filologiya elmləri sahəsində aparılan araşdırmalar, bu istiqamətdə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.
Proqramın qonağı AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.