Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əlyazmalar İnstitutunda “Açıq qapı günləri” elan olunub
18.05.2026 09:36
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Açıq qapı günləri” elan olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu "18 may - Beynəlxalq Muzeylər Günü" münasibətilə keçiriləcək tədbirlər çərçivəsində öz qapılarını ziyarətçilər üçün açıq elan edir.

22 may 2026-cı il tarixinədək davam edəcək "Açıq qapı günləri"ndə ziyarətçilər institutun Ekspozisiya zalı, Azərbaycan Demokratik Respublikasının Parlamenti, Ümummilli Lider Heydər Əliyev və böyük mesenat H.Z.Tağıyev guşələri, o cümlədən tarixin yaddaşını yaşadan qədim əlyazmalar, nadir eksponatlar və zəngin elmi-mədəni irs nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Tarixin nəfəsini duymaq istəyən hər kəs dəvətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: