Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Xaqani Şirvani yaradıcılığına konseptual baxış” kitabı nəşr olunub
06.07.2026 16:01
  • A-
  • A
  • A+

“Xaqani Şirvani yaradıcılığına konseptual baxış” kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalovanın “Xaqani Şirvani yaradıcılığına konseptual baxış (ərəbcə irsi əsasında)” kitabı nəşr olunub.

Kitabın elmi redaktorları akademik Rəfael Hüseynov və filologiya elmləri doktoru, professor Aida Qasımovadır. Ön sözün müəllifi də akademik Rəfael Hüseynovdur. Rəyçiləri filologiya elmləri doktorları, professorlar İmamverdi Həmidov və Fəridə Əzizovadır. Layihə rəhbəri Xanım Aydındır.

“Zərdabi-nəşr” nəşriyyatında çap olunan monoqrafiya 392 səhifədən ibarətdir. Kitab giriş, beş fəsil və digər hissələrdən ibarətdir.

Xaqani Şirvaninin 900 illik yubileyi münasibəti ilə hazırlanmış kitabın daha da təkmilləşdirilmiş forması olan bu nəşrdə şairin ərəbcə əsərlərinin öyrənilməsində əhəmiyyətli hesab olunan Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İrlandiya kitabxanalarının fondlarındakı əlyazmalara münasibət bildirilib. Həmin əlyazmaların köməyi ilə Azərbaycanda ilk dəfə olaraq, şairin ərəbcə yazdığı əsərlərin küll halında elmi-tənqidi mətni hazırlanmış və kitabın sonuna əlavə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: