Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.08.2017 15:56
  • A-
  • A
  • A+

Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparılır

Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparılır

AMEA əməkdaşları tərəfindən Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparılır. AMEA-nın Zoologiya İnstitutununNeft və Qaz İnstitutunun birgə təşkilatçılığı ilə aparılan tədqiqatlar Çilov, Xərə Zirə, Kür dili, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, Bakı və Abşeron yarımadasının arxipelaq adalarını əhatə edir. İlkin olaraq Çilov adasında başlayan tədqiqatlar Xərə Zirə adasında davam etdirilib.

Tədqiqatlar zamanı Neft və Qaz İnstitutu adalarda torpaq əmələgəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənirlər. Səksən faizi vulkan mənşəli olan Xəzər adalarının fauna və florası indiyədək heç vaxt öyrənilmədiyindən bu tədqiqatların Azərbaycan elmi üçün əhəmiyyəti böyükdür. Tədqiqat zamanı ilk dəfə dron aparatından istifadə edilib. Belə ki, dron vasitəsilə ərazinin monitorinqi aparılıb, şəkilləri çəkilib. Bir həftə ərzində gəzməklə əldə oluna biləcək məlumatlar dron vasitəsilə 15 dəqiqəyə toplanılıb.

Ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar və geobotaniklər daxildir. Tədqiqatlar iki il davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: