Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Su təsərrüfatının müasir problemləri, ətraf mühitin mühafizəsi, memarlıq və tikinti” mövzusunda VII beynəlxalq elmi-texniki konfrans keçirilib.
Gürcüstan, Polşa, Belarus, Latviya, Litva və digər ölkə alimlərinin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmləri üzrə elmlər doktoru, dosent Mustafa Mustafayev təmsil edib. Alim tədbirin plenar iclasında “Kür-Araz ovalığında meliorasiya olunmuş torpaqların müasir vəziyyəti, onların yaxşılaşdırılmasının elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda müasir dövrdə ətraf mühitdə baş verən ekoloji problemlər, onların qarşısının alınması istiqamətində görüləcək işlərə dair təkliflər səsləndirilib, müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları sertifikatlarla mükafatlandırılıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.