Parisdə AMEA ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə, dissertasiya və maliyyələşmə sazişləri imzalanıb.
Sazişləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn imzalayıblar.
Sazişlərə əsasən azərbaycanlı gənclər AMEA ilə yanaşı, biotibb və energetika sahələrində doktorantura səviyyəsində Montpellier Universitetində də təhsil alacaqlar. Sonda gənc alimlər hər iki təhsil ocağının diplomuna yiyələnəcəklər.
Qeyd edək ki, bu, iki ölkə arasında doktorantura səviyyəsində ilk əməkdaşlıq sazişidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.