Bu gün səhər saat 04:38 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.
Torağay palçıq vulkanı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb.
Qeyd edək ki, sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.