ABŞ-ın Kanzas Universitetinin alimləri əllərin titrəməsini azaldan unikal bilərzik hazırlayıblar. Bilərzik əllərin titrəməsinə səbəb olan neyron fəallığının qarşısını almaq üçün biləkdə median və radial sinirlərə impulslar ötürür.
meddaily.ru saytının məlumatına görə, yeni qurğunun sınaqlarında iştirak üçün 130 pasiyent dəvət edilib. Qadcet sayəsində sınaq iştirakçılarının əllərinin titrəməsi 65 faiz azalıb.
Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.