AMEA-nın illik ümumi yığıncağında təşkil olunmuş sərgidə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyəti maraqla qarşılanıb.
AMEA institut və təşkilatlarının fəaliyyətini əks etdirən sərgidə akademik Ramiz Mehdiyev, AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev və onları müşayiət edən digər qonaqlar AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətini əks etdirən stendlə yaxından tanış olublar.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyəti haqqında məlumat verən muzeyin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov muzeydə ekspozisiya üzrə Azərbaycan ədəbiyyatının ilk təşəkkül dövründən tutmuş yaşadığımız günlərədək keçdiyi inkişaf yolunun əks olunduğunu diqqətə çatdırıb. Muzeyin bu gün ölkə prezidentinin qayğısı nəticəsində respublikanın aparıcı elm və mədəniyyət ocaqlarından birinə çevrildiyini söyləyib. Bildirib ki, muzey hər il mütəmadi olaraq 5 toplu - “Risalə” toplusu, “Şərq” tərcümə toplusu, “Qaynaq” məxəzlər toplusu, “Xəzinə” kataloqlar toplusu və “Məclis” tədbirlər toplusu nəşr etdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.