Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür.
Bu münasibətlə AMEA Rəyasət Heyətinin əməkdaşları, institut və təşkilatlarının nümayəndələri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
AMEA-nın kollektivi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.