AMEA prezidenti, akademik Akif Əlizadənin 20 aprel 2018-ci il tarixli “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, Riyaziyyat və Mexanika İnstitutunda “Analiz və funksional analiz”, “Ehtimal nəzəriyyəsi”, “Diferensial tənliklər”, “Deformasiya olunan bərk cisim mexanikası”, “Maye, qaz və plazma mexanikası”, “Bütöv mühit mexanikası” ixtisas fənləri üzrə doktorluq imtahanı keçirilib.
İmtahanda institutun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Bakı Dövlət Universitetinin doktorant və dissertantları iştirak ediblər.
Keçirilmiş imtahanlar uğurla başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.