ABŞ-ın Pensilvaniya ştatında keçirilən Beynəlxalq elmi layihələr müsabiqəsində altı rusiyalı şagird Kiçik Nobel mükafatına layiq görülüb.
Qaliblərdən biri - Moskva Mühəndis Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən liseyin 17 yaşlı şagirdi Roman Nikolayenko Böyük Adron Kollayderində keçirilən təcrübələri icra edə bilən qeyri-adi qurğu hazırlayıb. Bu qurğunu hazırlamaq istedadlı gəncdən bir il vaxt tələb edib.