10 iyul 2018-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.
Veriliş 1970-1983-cü illərdə Elmlər Akademiyasının prezidenti olmuş, Azərbaycanda müasir fizikanın, xüsusilə, yarımkeçiricilər fizikası və texnikasının əsasını qoymuş, akademik Həsən Abdullayevin elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə həsr olunacaq.
Proqramın qonaqları AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və həmin institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.