Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi keçiriləcək
07.08.2026 13:45
  • A-
  • A
  • A+

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə 2–7 sentyabr 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində yay düşərgəsi keçiriləcək.

Düşərgə “Kəndə gəl” şüarı altında təşkil olunacaqdır. Düşərgə müddətində Azərbaycanda regionların inkişafının müasir çağırışları, kənd ekoturizminin təşviqi və gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına töhfə vermək məqsədilə müxtəlif mövzularda təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.

Düşərgədə 35 yaşadək gənc alim və mütəxəssislər, doktorant və magistrantlar iştirak edə bilərlər.

Qeydiyyat üçün son tarix 26 avqust 2026-cı ildir.

İştirak etmək üçün bu formdan qeydiyyatdan keçə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: