Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.05.2014 00:00
  • A-
  • A
  • A+

“İstiqlal Bəyannaməsi”nin orijinal nüsxəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib

“İstiqlal Bəyannaməsi”nin orijinal nüsxəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə xarici ölkədən əldə edilən 1918-ci il “İstiqlal Bəyannaməsi”nin orijinal nüsxəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

Sənəd AR Prezident Administrasiyasının rəhbərinin müavini, Prezidentin köməkçisi Əli Əsədov tərəfindən muzeyə təqdim olunub. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı dövlət başçısına kollektiv adından təşəkkürünü bildirib, sənədin Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, sənəd 1918-ci ildə Paris sülh konfransına yola düşən Nümayəndə Heyətinin Parisə apardığı “Bəyannamə”nin orijinal nüsxələrindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: