AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə İşçi Qrupunun iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə ezam olunub.
Mayın 14-də üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda elm və texnologiya üzrə İşçi Qrupunun Fəaliyyət Planı müzakirə edilib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair təkliflər irəli sürülüb.
Tədbirdə, həmçinin növbəti iki il üçün elm və texnologiya üzrə koordinatorluğun Azərbaycana verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.