Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutu Almaniya ilə əlaqələrini möhkəmləndirir
13.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutu Almaniya ilə əlaqələrini möhkəmləndirir

Azərbaycanlı alimlərlə əməkdaşlıq etmək məqsədilə ölkəmizə səfər edən Almaniya Federativ Respublikasının Göttingen Universitetinin nümayəndəsi Dr. Stefan Meyer AMEA Botanika İnstitutunda olub.

İnstitutun direktoru, b.e.d., professor Validə Əli-zadə, Elmi informasiya və innovasiya şöbəsinin müdiri, b.ü.f.d. Esmira Əlirzayeva və Herbari laboratoriyasının müdiri, b.ü.f.d. Pərvanə Qaraxaninin iştirakı ilə keçirilən görüşdə bitki ekologiyası və ekosistem tədqiqatları üzrə elmi istiqamətlər və beynəlxalq əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda və Almaniyada yayılan Ranunculaceae fəsiləsinin bəzi növlərinin tədqiqi üzrə əməkdaşlıq və birgə layihələr müzakirə olunub.

İnstitutun yenilənmiş Herbari fondu ilə tanış olan Dr. Meyer onun tədqiqat obyekti olan bitki növlərinin Fondda saxlanılan herbari nümunələri ilə maraqlanıb. Əməkdaşlığın bir hissəsi kimi təşkilatlar arasında herbari mübadiləsi aparılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: