Qurultayda 10 ölkədən 70-ə yaxın tədqiqatçının iştirakı gözlənilir. Tədbir çərçivəsində Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə verdiyi töhfələrə dair dəyirmi masa da təşkil olunacaqdır. Burada görkəmli Azərbaycan şərqşünaslarının - akademik Ziya Bünyadovun, professor Aida İmanquliyevanın və professor Rüstəm Əliyevin elmi fəaliyyəti haqqında ayrıca çıxışlar dinləniləcək.
Qeyd edək ki, qurultayın materialları ayrıca kitabça şəklində nəşr olunacaqdır.
Ünvan: H.Cavid prospekti 31.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.