Fevralın 5-də saat 22:40-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.
Veriliş Azərbaycanda polimer materialları sahəsində aparılmış tədqiqatlara, əldə olunmuş nailiyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.
Proqramın qonağı Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.