Hər il olduğu kimi, 2018/2019-cu tədris ilində də Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin biologiya ixtisası üzrə IV kurs tələbələri istehsalat təcrübələrini AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirirlər.
Tələbələr institutun müvafiq elmi-tədqiqat laboratoriyalarında mövcud olan avadanlıqların iş prinsipinlərini öyrənir və təcrübələrin gedişində yaxından iştirak edirlər.
Martın 14-də BDU-nun rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub, tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə yaxından maraqlanıb. O, tələbələrin tədqiqat işlərinə qoşulduqları laboratoriyalara baş çəkib, onların təcrübə gündəlikləri ilə tanış olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.