Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

02.11.2020 13:05
  • A-
  • A
  • A+

“Fizika İnstitutunda nanotexnologiyalar” mövzusunda məruzə dinlənilib

“Fizika İnstitutunda nanotexnologiyalar” mövzusunda məruzə dinlənilib

AMEA-nın Fizika İnstitutunda müəssisənin innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramovun “Fizika İnstitutunda nanotexnologiyalar” mövzusunda məruzəsi dinlənilib.

Seminarda institutun direktoru, akademik Nazim Məmmədov, AMEA prezidentinin innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri, akademik Əli Abbasov, böyük elmi işçi Yeganə Əliyeva iştirak edib. İlk olaraq A.Bayramov müəssisədə nanotexnologiyalar sahəsində görülən işlər, onların tətbiq sahələri haqqında məlumat verib.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub, perspektiv planlardan bəhs edilib.

Sonda akademik Əli Abbasov İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olub. Əməkdaşlar cihazların iş prinsipi, strukturu, burada aparılan tədqiqatlar haqqında qonağa məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: