Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

11.11.2020 16:46
  • A-
  • A
  • A+

Kimyaçı alimlər tarixi qələbəmizdən danışıblar

Kimyaçı alimlər tarixi qələbəmizdən danışıblar

Bu gün AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycanın tarixi qələbəsi ilə bağlı tədbir keçirilib. 

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq diqqətə çatdırıb ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla 32 illik münaqişəyə son qoyulub, düşmən sülhə məcbur etmə əməliyyatları ilə  təslim edilib. 44 günlük ikinci Vətən müharibəsinin qələbəmizlə başa çatdığını deyən akademik məlum bəyanatda əksini tapan maddələrin ölkəmiz üçün böyük uğur olduğunu söyləyib.

"32 illik qanlı münaqişəyə, məkrli qrupların dəstəyi və faşist Ermənistanın əli ilə başladılmış, alovlandırılmış Qarabağ münaqişəsinə cəmi 44 gün ərzində son qoyuldu. Cəmi 44 günlük qəhrəmanlıq dastanı ilə murdar düşmənin və onun qanlı havadarlarını kürəyi yerə vuruldu, təslim edildi! Həm hərb meydanında, həm də diplomatiya meydanında. Azərbaycan düşmən kimi dinc, mülki insanları hədəf almadı. Bunu ancaq gözləri qandan doymayan ermənilər cəlladları edə bilərdi", - deyə akademik vurğulayıb.

D.Tağıyev bildirib ki, ikinci Qarabağ savaşına qədər bizi görməyən, görmək istəməyən bütün dünya, beynəlxalq aləm də qarşısında başqa Azərbaycan gördü və görməyə məcbur oldu. O, xalqımızın 44 günün ərzində məğlub xalqdan qalib xalqa çevrildiyini, qanı, canı ilə dünya hərb tarixində yeni səhifə açdığını və bütün bunların memarının isə Ali Baş Komandanımız olduğunu deyib: "Qələbəmizə görə ilk növbədə Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna və şəhidlərimizə minnətdar və borcluyuq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!"

Daha sonra tədbirdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və digərləri çıxış edərək bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində uğurlara imza ataraq 30 ilə yaxındır ki, dərin həsrətlə gözlədiyimiz böyük qələbə sevincini bizə yaşatdı. Qeyd edilib ki, bu tarixi qələbə xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olunub.

Sonda müəssisənin kollektivi adından ölkə başçısına müraciət qəbul olunub. Müraciətdə bildirilir:

"Hörmətli cənab Prezident!

Sizin və rəşadətli Azərbaycan Ordusunun sayəsində 10 illiklərlə davam edən  qanlı münaqişəyə, məkrli çevrələrin dəstəyi, faşist, terrorist Ermənistanın əli ilə başladılmış, alovlandırılmış Qarabağ münaqişəsinə cəmi 44 gün ərzində son qoyuldu. Cəmi 44 günlük qəhrəmanlıq dastanı ilə yağı, murdar düşmənin və onun qanlı havadarlarını kürəyi yerə vuruldu, təslim edildi! Həm hərb meydanında, həm də diplomatiya meydanında. Azərbaycan xalqına və bütün türk dünyasına bəxş etdiyiniz qələbəni sözlə ifadə etmək çətindir.

Bizə bəxş etdiyiniz bu qələbə üçün Sizə minnətdarıq. Siz bu 44 gündə tam bir əsrə bərabər olan tarix yazdınız!

İnanırıq ki, Vətənimizin bütövlüyü və xalqımızın birliyi daimi və sarsılmaz olacaq!

Allah şəhidlərimizə rəhmət eləsin və Sizi qorusun!"

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: