Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

10.12.2020 11:55
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndərin xatirəsi anılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndərin xatirəsi anılıb

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev  bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən ümummilli liderimiz öz əməli, fəaliyyəti, dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən vətəndaş olduğunu sübuta yetirib.

Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb proseslərin içərisindən uğurla çıxararaq parçalanmaqdan qorudu, müstəqil respublikamıza həm regionda, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Ölkəmizdə qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Azərbaycan dahi şəxsiyyətin ideyalarının işığında sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır.

D.Tağıyevin sözlərinə görə, ulu öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bu gün yeni-yeni nailiyyətlərə imza atır. Belə uğurlardan biri də Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı qələbəsidir. 30 il ərzində davam edən qanlı münaqişəyə, məkrli çevrələrin dəstəyi, faşist, terrorist Ermənistanın əli ilə başladılmış, alovlandırılmış Qarabağ münaqişəsinə cəmi 44 gün ərzində son qoyuldu: "Cəmi 44 günlük qəhrəmanlıq dastanı ilə yağı, murdar düşmənin və onun qanlı havadarlarını kürəyi həm hərb meydanında, həm də diplomatiya meydanında yerə vuruldu, kapitulyasiyaya məcbur edildi. Ali Baş Komandana və Azərbaycan ordusuna bizə bəxş edilən bu qələbə üçün minnətdarıq".

Daha sonra müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və digərləri ulu öndərin elm, təhsil, gənclər siyasəti, azərbaycançılıq ideyası, neft strategiyası, eləcə də elm və incəsənət xadimlərinə qayğısından, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun qələbəsindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: