Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Azərbaycan dilinə maraq artır
23.12.2020 15:07
  • A-
  • A
  • A+

Azərbaycan dilinə maraq artır

Azərbaycan dili dünya dilləri arasında ən kamil dillərdəndir. Bu həqiqəti bir çox xalqların görkəmli nümayəndələri də dəfələrlə etiraf ediblər. Tarix boyu dilimizə qarşı haqsızlıqlar, təzyiq və təhriflər olsa da, bu gün dilimiz geniş söz ehtiyatı ilə əksər dillərdən seçilir. Azərbaycan dilinin qorunması, yaşaması və təkmilləşdirilməsi sahəsində vaxtında atılan addımlar, qəbul edilən qanunlar, imzalanan fərmanlar da dilimizin özünəməxsusluğunu itirməməsinə səbəb olub. Məhz bu səbəbdən Azərbaycan dili və ədəbiyyatı nəinki ölkəmizdə, müxtəlif xarici dövlətlərdə də tədris olunur.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva Elm TV-yə açıqlamasında Türkiyədə, ABŞ-ın bir sıra ştatlarında, Çində, eləcə də bir çox ölkələrdə türk dillərinin tədrisi kafedrasında Azərbaycan dilinin tədris edildiyini bildirib.

Digərmüsahibimiz Misirdə yaşayan ərəb qızı İsra Adildir. İsra Qahirə şəhərində Azərbaycan dilini tədris edir, eyni zamanda “Azərbaycan dilinin qrammatikası” kitabının da müəllifidir. Onun dilimizə olan maraq və sevgisi isə Fateh Səlahəddin Əyyubinin əslən azərbaycanlı olması ilə başlayıb.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: