Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Geoloq alim Quşçu palçıq vulkanında aparılan monitorinqin ilkin nəticələrini açıqlayıb
29.01.2021 16:30
  • A-
  • A
  • A+

Geoloq alim Quşçu palçıq vulkanında aparılan monitorinqin ilkin nəticələrini açıqlayıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov Şamaxıda Quşçu palçıq vulkanında apardıqları tədqiqatının ilkin nəticələri barədə danışıb. Mütəxəssis bildirib ki, sayca 16-cı paroksizmi qeydə alınan Quşçu vulkanından yer səthinə xaric edilən palçıq axınları 3 ha ərazini əhatə edib. Onun sözlərinə görə bu dəfəki püskürmə alovsuz müşahidə edilib.

Geoloq alim vulkanın son yüz il ərzində heç bir aktivliyi müşahidə olunmayan şimal eruptiv mərkəzində baş verdiyini vurğulayıb. Orxan Abbasovun sözlərinə görə həmin zonada əkin işləri həyata keçirən əhali burada aktiv vulkan ocağının yerləşməsi haqqında məlumatlı olmayıblar.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: