Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  STATEMENTS

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı
11.02.2021 13:44
  • A-
  • A
  • A+

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı

Bu gün bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bir qrup deputatı məhkəməyə verdiyinə dair əsassız məlumatlar yayılmışdır. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu xəbər həqiqəti qətiyyən əks etdirmir və akademik Ramiz Mehdiyev heç bir millət vəkili ilə bağlı məhkəməyə müraciət etməyib. Bir daha xatırlatmaq istəyirik ki, AMEA prezidenti hər bir Azərbaycan vətəndaşı kimi şərəf və ləyaqətini məhkəmədə qorumaq haqqına sahibdir, lakin bu hüququndan nə zaman istifadə edəcəyi onun öz ixtiyarındadır.

Bir daha ölkə KİV-lərini əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. KİV redaktorları öz oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını yalan məlumatlarla almamalıdırlar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: