Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

26.02.2021 12:19
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

Botanika İnstitutunun əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

AMEA-nın Botanika İnstitutunun əməkdaşları COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən təşkil olunan "Favikovirin tarixi: COVID-19 müalicəsi üçün yerli dərmanın icadı” adlı vebinarda iştirak ediblər.

Təşkil olunmuş vebinarın məruzəçisi Tibbi Elmlər və Texnologiya Elmi-Tədqiqat İnstitutunun Dərmanların Kəşfi və İnkişafı üzrə Tədqiqat Mərkəzinin direktoru, Prof. Dr. Mustafa Güzel olub. Tədqiqatçı öz çıxışında qısa müddətdə "Favikovir" preparatının uğur hekayəsi və yerli lisenziyalaşdırılması barədə məlumat verərək qeyd edib ki, COVID-19-un müalicəsində istifadə olunan “Favipiravir” preparatının yerli sintezi Türkiyənin Səhiyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), İstanbul Medipol Universiteti və Atabay əczaçılıq şirkəti ilə əməkdaşlıq nəticəsində həyata keçirilib. Yerli dərmanın sintezi cəmi 40 gün ərzində Prof. Dr. Mustafa Güzel və Zeynep Atabay tərəfindən koordinasiya edilən 32 nəfərlik qrup tərəfindən reallaşdırılıb.

Vebinarın sonunda Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, elmi işlər üzrə direktor müavini, b.e.d., prof. Eldar Novruzov, kiçik elmi işçi Aydan Zeynalova və Aygün Bağırovaya COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. M. İqbal Choudhary tərəfindən sertifikat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: