Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CULTURE

Hüseyn Cavidin Ev Muzeyində yeni filmin çəkilişləri başa çatıb
19.03.2021 18:10
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində yeni filmin çəkilişləri başa çatıb

17-18 mart 2021-ci il tarixlərində “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Kinoproqramlar və dublyaj” redaksiyası AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi şair və dramaturqun həyat faciəsini canlandıran səhnələri lentə alıb.

Baş kinorejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Vasifqızı olan telefilmdə Əməkdar artistlər Dilarə Əliyeva Mişkinaz və Elman Rəfiyev Hüseyn Cavid, istedadlı aktyor İman Məcidov Çekist obrazını canlandırıblar. Çəkilişlər prosesində muzeyin ekspozisiyasında nümayiş olunan dahi şair və dramaturqa, ümumiyyətlə Cavidlər ailəsinə məxsus şəxsi əşyalardan da istifadə edilib.

Qeyd edək ki, telefilm “Topal Teymur” teletamaşasının, “Cavid ömrü” bədii filminin rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun 75 illik yubileyinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: