Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Xəzər dənizində yaşayan nərə populyasiyalarının müasir vəziyyətinə dair məruzə dinlənilib
01.04.2021 09:31
  • A-
  • A
  • A+

Xəzər dənizində yaşayan nərə populyasiyalarının müasir vəziyyətinə dair məruzə dinlənilib

AMEA-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan onlayn tədbir keçirilib.

Yığıncaqda Fiziologiya İnstitutunun əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin tələbələri, Bakı şəhərinin bir neçə məktəb və liseylərinin şagirdləri iştirak ediblər.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyev açaraq ölkəmizdə Elm gününün təsis edilməsi ilə bu gün alimlərin, tədqiqatçıların öz nailiyyətlərini cəmiyyətimizlə, xüsusilə gənc nəslin nümayəndələri ilə bölüşmək, elmə olan marağı daha da inkişaf etdirmək imkanı yarandığını vurğulayıb.

Sonra institutun Ekotoksikologiya laboratoriyasının müdiri,biologiya üzrə fəlsəfə doktoru Qriqori Palatnikov və həmin laboratoriyanın böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusifova tərəfindən azərbaycan və rus dillərində Dinozavrların yaşıdları” mövzusundaelmi-populyar məruzə dinlənilib. Məruzə bu gün planetimizdə yaşayan onurğalılardan ən qədimləri sırasında olan balıqlara, nərəkimilərə həsr olunub. Nərəkimilər haqqında tarixəqədər və tarixi mənbələrdən maraqlı məlumatlar, onların təkamülünə müxtəlif baxışlar, Xəzər dənizində yaşayan nərə populyasiyalarının müasir vəziyyəti, onların ehtiyatının qorunması və bərpası üsulları haqqında məlumatlar xüsusi maraq doğurub.

Daha sonra respublikada süni balıq yetişdirilməsinin elmi əsaslarının inkişafında xüsusi rolu olan alim, AMEA-nın müxbir üzvü Rafiq Qasımov məruzə ətrafında çıxış edib.

Sonda müəssisənin direktoru, professor Ulduz Həşimova çıxış edərək gəncləri daha da aktiv olmağa çağırıb, gələcəkdə onların Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqatların aparılması üzrə institutun qarşısında duran vəzifələrin həyata keçirilməsində könüllülər kimi cəlb edilə biləcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: