16 iyun 2015-ci il tarixindən AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda hər həftənin 2-ci günləri fiziki tədqiqat üsullarının (elektron paramaqnit rezonansı, infraqırmızı spektroskopiya, ultrabənövşəyi spektroskopiya, nüvə maqnit rezonansı, rentgenoqrafik analiz) müzakirəsinə həsr olunmuş mühazirə və seminarlar təşkil olunur. Məqsəd gənc tədqiqatçılar tərəfindən bu üsulların nəzəri əsaslarının daha dərindən mənimsənilməsi və bu biliklərin təcrübi olaraq istifadəsini təmin etməkdən ibarətdir.
Mühazirələr institutun bu sahədə ixtisaslaşmış mütəxəssisləri - AMEA-nın müxbir üzvi Əjdər Məcidov, kimya üzrə fəlsəfə doktorları Vaqif Qasımov və Mirheydər Abbasov tərəfindən aparılır.
Qeyd edək ki, ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulan mühazirə və seminarlarda AMEA Kimya Elmləri Bölməsinə daxil olan insitutların da gənc alim və mütəxəssisləri iştirak edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.