Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin "Rusiya Seysmoloji Jurnalı" elmi nəşrinin redaksiya heyətinə üzv seçilib.
Bununla bağlı Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov RSXM-ə məktub göndərib.
Qeyd edək ki, yeni jurnalda seysmologiya və geofizika sahəsində aparılan elmi tədqiqatlara dair məqalələr nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.