Azərbaycanda hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub.
Bu barədə AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.
O, bildirib ki, aprelin 9-u gündüz saatlarınadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçməsi, temperaturun tədricən aşağı enməsi, dağlıq ərazilərdə isə qar yağması gözlənilir.
M.Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün səciyyəvidir. Onun sözlərinə görə, bu dövrdə qarın yağması ötən illər ərzində də müşahidə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.