www.science.az
20.04.2020 14:25

Koronavirusdan qoruyan nanosellüloza yaradılıb

Avstraliyanın Kvinslend Texnologiya Universitetinin mühəndisləri koronavirusla mübarizə məqsədilə nanosellüloza yaradıblar. Mütəxəssislər iddia edir ki, bu material qoruyucu maska və filtrlərin istehsalı üçün mükəmməl vasitədir.

popmech.ru saytının məlumatına görə, yeni nanosellüloza adi materiallarla müqayisədə 100 nanometrdən kiçik ölçüyə malik hissəcikləri özündə saxlayır və koronavirusa qarşı tamamilə effektivdir. Bununla yanaşı, o, nəfəs almanı çətinləşdirmir. Bu isə respirator xəstəlikləri olan insanlar üçün xüsusilə aktualdır.

Layihənin iştirakçılarından Tomas Reyni bildirib ki, material virus ölçüsündə nanozərrəcikləri bazarda olan yüksək keyfiyyətli maskalar ilə müqayisədə daha effektiv saxlayır.

Hazırda mütəxəssislər istehsalla məşğul ola biləcək partnyorlar axtarışındadırlar.