Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda çapdan çıxıb
15.03.2021 13:43
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda çapdan çıxıb

AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, müəssisənin əməkdaşları - professor Akif Əliyev, böyük elmi işçi Vüsalə Məcidzadə və kiçik elmi işçi Sevinc Cavadovanın həmmüəllifi olduğu məqalə “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Russian Journal of Applied Chemistry” jurnalında işıq üzü görüb.

Tədqiqat işi elektrokimyəvi üsulla çökdürülən Bi2Se3 nazik yarımkeçirici təbəqələrinin tərkibinə, keyfiyyətinə elektrolitin və elektroliz şəraitinin təsirinin öyrənilməsinə həsr edilib. Aparılan tədqiqatlara əsasən, elektrokimyəvi çökmə üsulu ilə stexiometrik tərkibli Bi2Se3 nazik yarımkeçirici təbəqələrinin çökdürülməsi üçün optimal elektrolit tərkibi və elektroliz rejimi seçilib.

Qeyd edək ki, Bi2Se3 əsasında alınan nazik təbəqələr termoelektrik və optoelektronik cihazlarda, istilik nasoslarında, kiçik elektron cihazlarda, infraqırmızı sensorlarda və s. müvəffəqiyyətlə tətbiq edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: