Veb-sayt | www.telmanaliev.az | ![]() |
Anadan olduğu yer | Azərbaycan Respublikası, Göranboy rayonu | |
Təvəllüdü | 02.05.1935 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət Neft Akademiyası | |
Elmi dərəcəsi | Texnika elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
Hesablama texnikası Neft emalının tipik proseslərinin korrelyasion analizi |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
Texniki kibernetika və informasiyanın nəzəriyyəsi Real zaman miqyasında çoxölçülü təsadüfi proseslərin korrelyasiya analizi və kodlaşdırılması |
|
Müxbir üzv seçilməsi:
- tarix - ixtisasın adı |
1983 Kosmik cihazlar və sistemlər |
|
Həqiqi üzv seçilməsi:
- tarix - ixtisasın adı |
2001 İnformatika |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 452 | |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 271 | |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | ||
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 72 | |
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
35 6 |
|
Əsas elmi nailiyyətləri | 1. Küylə qarışıq siqnalların robast korrelyasiya və robast spektral analizi texnologiyaları yaradılmışdır.
2. Korrelyasiya matrislərinin elementlərinin xətalarını aradan qaldırmaqla riyazi modellərin adekvatlığını yaxşılaşdırmağa imkan verən üsulların və texnologiyaların nəzəri əsasları yaradılmışdır. 3. Texnoloji parametrlərin küylərinin faydalı informasiya daşıyıcıları kimi analizinə imkan verən noise texnologiyalarının nəzəri əsasları təklif edilmişdir. 4. Sənaye obyektlərinin qəza vəziyyətlərinə keçməsinin gizli dövrünün robast noise monitorinq texnologiyaları və sistemləri təklif edilmişdir. 5. Tsiklik rejimdə işləyən istehsalat obyektlərinin qəza vəziyyətlərinə keçmələrinin gizli dövrünün onlardan alınan siqnalların mövqeli-binar analizi əsasında monitorinqini təmin edən texnologiyalar təklif edilmişdir. 6. Stasionarlıq, normal paylanma qanunu və b. klassik şərtlər ödənməyən sənaye obyektləri üçün intellektual hibrid paylanmış nəzarət və idarəetmə sistemləri yaratmağa imkan verən robast noise monitorinq, diaqnostika, identifikasiya, proqnozlaşdırma alqoritmləri təklif edilmiş və onların nəzəri əsasları verilmişdir. 7. Texnoloji proseslərin istismarı zamanı baş verən qüsurların təsiri nəticəsində yaranan küylərdəki informasiyanı aşkar etməyə və ənənəvi üsullar vasitəsi ilə riyazi modelləşdirmə, identifikasiya, proqramlaşdırma və b. məsələlərin həllində olan çətinlikləri aradan qaldırmağa imkan verən robast noise analiz texnologiyaları yaradılmışdır. 8. Qaz kompressor stansiyalarında qəzaların gizli dövrünü aşkar etməyə imkan verən robast noise monitorinq və nəzarət sistemi təklif edilmişdir. 9. Neftçıxarmada, energetikada, tikintidə, seysmikada, aviasiyada və s. sahələrdə qəzalara səbəb ola biləcək qüsurların noise monitorinq texnologiyaları verilmiş, onun əsasında noise monitorinq, nəzarət, diaqnostika, identifikasiya sistemlərinin işləmə prinsipləri təklif edilmişdir. 10. Çoxölçülü siqnalların paralel analoq-kod çevirmələrini təmin etməyə imkan verən çoxkanallı sinxron minikod-delta modulyasiya və sıxılma funksiyasını yerinə yetirən qurğunun işləmə prinsipləri təklif edilmişdir. 11. Seysmik regionlarda yerləşən böyük şəhərlər üçün hündür binaların, sosial və dövlət əhəmiyyətli obyektlərin seysmodayanıqlığının monitorinqi üçün robast noise informasiya texnologiyaları və sistemləri təklif edilmişdir 12. Neft quyularının dərinlik-nasos qurğularının dinomaqramlarının və vattmetroqramlarının analizi vasitəsi ilə texniki vəziyyətinə nəzarət və diaqnostika sistemləri işlənmişdir. 13. Obyektlərin qəza vəziyyətinə keçmələrinin gizli dövründə texnoloji parametrlərin faydalı siqnalları ilə küyləri arasında qarşılıqlı korrelyasiya funksiyasını, korrelyasiya əmsalını və korrelyasiya indikatorunu hesablamağa imkan verən alqoritmlər və texnologiyalar təklif olunmuşdur. 14. Neftçıxarma obyektləri üçün yeni nəsil intellektual robast noise monitorinq, nəzarət və diaqnostika sistemləri yaradılmış, H.Əliyev adına Neftayırma zavodunun kompressor stansiyasında, Şirvan OİL şirkətinin 190 quyusunda, Qarasu əməliyyat şirkətinin 10 quyusunda, Bibiheybət Neftin 25 quyusunda və Balaxanı neftqazçıxarma idarəsinin iki quyusunda tətbiq olunmuşdur. Hər bir quyuda 50 faizə qədər elektrik enerjisinə qənaət və təmir arası vaxtın xeyli artması hesabına həmin obyektlərdə rentabelliyi 2 dəfəyə qədər yaxşılaşdırmaq mümkün olmuşdur. 15. İstismarı dayandırılmış neft quyularının polad lülələrindən istifadə etməklə, yerin dərin qatlarındakı seysmik proseslərin təsirindən alınan akustik küyün noise analiz texnologiyası əsasında işləməklə, zəlzələlərdən xeyli əvvəl onları yaradan anomal seysmik prosesləri monitorinq etməyə imkan verən seysmokaustik robast noise monitorinq stansiyasının qurulma və işləmə prinsipi təklif edilmiş, onun eksperimental variantı müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. 16. Ramanı, Balaxanı neft mədənlərində, Türkmənistanda Aşqabaddan 100 km məsafədə Kopet dağının ətəyində və Qazax rayonunun II Şıxlı kəndində 200 m-ə qədər dərinliyi olan quyular üzərində quraşdırılmış seysmoakustik noise monitorinq stansiyalarında aparılan eksperimentlər nəticəsində müəyyən edilmişdir ki, monitorinqin radiusu ilə quyuların dərinliyi arasında korrelyasiya mövcuddur və neft quyusu olmayan seysmoaktiv ölkələrdə də belə stansiyalar düzəltməklə zəlzələlərdən xeyli əvvəl onları yaradan anomal seysmik proseslərin monitorinqini həyata keçirməyə və onların yerini müəyyənləşdirməyə imkan verən seysmoakustik noise monitorinq stansiyalar şəbəkəsi yaratmaq mümkündür. |
|
Elmi əsərlərinin adları |
|
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
1. 1994-ci ildən UNESCO-nun informatika üzrə ekspertlər sırasına daxil edilmişdir. 2. “Мехатроника, aвтоматизация, управление” jurnalının redaksiya heyətinin üzvüdür. |
|
Pedaqoji fəaliyyəti | Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının müdiri | |
Digər fəaliyyəti | 1. Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü;
2. Respublika Veteranlar şurasının bürosunun üzvü; 3. Respublika Ağsaqqallar şurasının üzvü. |
|
Təltif və mükafatları | 1. 1991-ci ildə Keldış adına medal ilə təltif olunub.
2. 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub. 3. 2009-cu ildə Əməkdar elm xadimi |
|
İş yeri və ünvanı | AMEA İdarəetmə Sistemləri İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9 | |
Vəzifəsi | Direktor | |
Xidməti tel. | (+994 12) 5390151 | |
Mobil tel. | (+994 50) 5414455 | |
Ev tel. | (+994 12) 5372322 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | telmancyber@rambler.ru |